Camalın milli komanda seçimi

20:20 - 24 Fevral 2021

“Bayern”in yarımmüdafiəçisi Camal Musiala milli komanda seçimini edib.

 

Sportal.az " Bild"ə istinadla xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi Almaniya yığmasında oynamaq fikrindədir.

 

Musialanın Almaniya və İngiltərə vətəndaşlığı var. O, daha əvvəl İngiltərənin U-21 millisində çıxış edib. Ştutqartda doğulan gənc oyunçunun atası nigeriyalı, anası isə almaniyalıdır. 

 

Musiala bu mövsüm Münhen klubunda keçirdiyi 27 oyunda 4 qol vurub.

Xəbər xətti