Mahiri "Qalatasaray"ın skautuna təklif etdilər

"Qalatasaray"ın skautu Əmrə Utkucan tvitterdə "Qarabağ"ın hücumçusu Mahir Emreli ilə bağlı maraqlı təklif alıb.

 

Sportal.az xəbər verir ki, İmla Kılavuzoğlu adlı istifadəçi İstanbul təmsilçisinin rəsmi nümayəndəsinə müraciət edib:

 

"Əmrə bəy, "Qarabağ"dakı Mahir Emrelini izləmisiniz? Komandamızda bu vaxtadək Azərbaycan türkü olmayıb. Bunu qeyd dəftərinizin bir qırağına yazın".

 

23 yaşlı hücumçunun mövsümün sonunda "Qarabağ"la müqaviləsi başa çatır.

Tarix: 27 Fevral [16:16]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Aprel 2021
17  Aprel 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio