Bakıdakı Formula 1 azarkeşsiz keçiriləcək

13:57 - 2 Mart 2021

Bu il Formula 1 Azərbaycan Qran-Prisini azarkeşlərin tribunalardan izləməsinə icazə verilməyəcək.

 

Sportal.az xəbər verir ki, bunu “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ayan Nəcəf deyib.

 

O bildirib ki, belə bir qərar Azərbaycanın Formula 1 şirkəti qarşısında öhdəliyi səbəbindən və ölkənin turizm potensialının pandemiya dövründən sonra da nümayiş etdirilməsi məqsədilə qəbul olunub.

 

Nəcəf martın sonlarına doğru yarış məkanında baryerlərin quraşdırılacağını, mayda isə tikinti prosesinin yekunlaşacağını əlavə edib.

 

Formula 1 Azərbaycan Qran-Prisi iyunun 4-6-da Bakı şəhər halqasında təşkil olunacaq.

Xəbər xətti