Sənan Qurbanov: "Neçənci dəfədir ki, hesabı qoruya bilmirik"

"Gözlədiyimiz kimi gərgin oyun alındı. Hər iki komandaya qələbə lazım idi. Futbolçular mübarizə aparırdı. İşimizə güvənməli və inanmalıyıq. Futbolçular meydanda yaxşı mübarizə aparır".

 

Sportal.az xəbər verir ki, bu fikirləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov Premyer Liqanın XVIII turunda səfərdə "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

 

41 yaşlı mütəxəssis ardıcıl 3 matçda öndə olmalarına baxmayaraq, üstünlüklərini qoruya bilməmələrinə münasibət bildirib: "Biz qol vurduqdan sonra da fərqlənməyə çalışırıq. Ardıcıl neçənci dəfədir ki, hesabı qoruya bilmirik. Bu da psixoloji məqamdır"

 

Qurbanov moldovalı futbolçu Yevgeni Koçukun qızdırması olduğu üçün görüşdə iştirak etmədiyini vurğulayıb. Baş məşqçi bunun koronavirusla əlaqəli olmadığını diqqətə çatdırıb: "Bu, sadəcə dədə-baba qızdırmasıdır".

Tarix: 2 Mart [19:37]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Aprel 2021
19  Aprel 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio