Premyer Liqanın 18-ci turunda keçirilən “Neftçi” – “Sabah” oyununda problem yaranıb.
Sportal.az xəbər verir ki, qarşılaşmanın 26-cı dəqiqəsində matçın keçirildiyi 8-ci km stadionunun işıqları sönüb.
Bu səbəbdən qarşılaşmada fasilə yaranıb. Bundan təxminən 6 dəqiqə sonra arenanın öz generatorları işə salınıb, 10 dəqiqə sonra isə oyun bərpa olunub.
Tarix: 3 Mart [18:57]
|
|
Müəllif: Sportal.az
|