"Neftçi" Hondanı Bakıya gətirir

"Neftçi" Yaponiya millisinin keçmiş futbolçusu Keysuke Honda ilə danışıqları müsbət yekunlaşdırıb.

 

Sportal.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi növbəti həftə Bakıya gəlib, "ağ-qaralar"a qoşulacaq. Honda Azərbaycan klubuna keçən ilk yaponiyalı futbolçu olub.

 

Onunla 6 ay+1 illik razılıq əldə edilib.

 

98 dəfə Yaponiya millisininin formasını geyinmiş Keysuke Honda 37 qol vurub. O, "Milan"la yanaşı, Niderlandın "Venlo" və "Vitess", Rusiyanın MOİK (Moskva), Meksikanın "Paçuka", Avstraliyanın "Melburn Viktori", Braziliyanın "Botafoqo" komandalarında da çıxış edib. Honda həm də Kamboca millisinin baş məşqçisidir. Azərbaycan təcrübəli futbolçunun əcnəbi həyatı yaşayacağı 8-ci ölkə olacaq.

 

Onun son klubu Portuqaliya təmsilçisi "Portimenensi" olub. Honda yanvarda keçdiyi 2-ci liqa klubundan transfer sənədlərinin tam həll edilməməsinə görə ayrılıb.

Tarix: 6 Mart [19:19]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Aprel 2021
17  Aprel 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio