İbrahimoviç İsveç millisinə qayıdır

12:47 - 7 Mart 2021

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç İsveç millisinə dəvət alıb.

 

Sportal.az xəbər verir ki, yığmanın baş məşqçisi Yanne Andersson 39 yaşlı hücumçu ilə əlaqə saxlayıb və onu millidə yenidən oynamağa razı salıb. Mütəxəssis bu barədə danışıb:

 

"İbrahimoviç təklifimizə mənfi cavab verməyib. Onunla danışıq davam edir. Martın 16-da hər şey müəyyənləşəcək".

 

İsveç millisi DÇ-2022-nin seçmə mərhələsində martın 25-i Gürcüstanı, 31-i isə Estoniyanı qəbul edəcək. İbrahimoviç 216-cı ildə keçirilən Avropa çempionatından sonra yığma karyerasını bitirmişdi.

Xəbər xətti