"Neftçi" "Keşlə"yə qalib gəldi "Sabah" "Sumqayıt"la heç-heçə etdi - YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında 19-cu tura start verilib.

 

Sportal.az  xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. Əvvəlcə "Sumqayıt" "Sabah"ın qonağı olub. Matçda qalib müəyyənləşməyib - 1:1. Günün son qarşılaşmasına lider "Neftçi" "Keşlə"ni qəbul edib və 3:1 hesablı qələbə qazanıb.

 

19-cu tura sabah yekun vurulacaq.

 

“Sabah” – “Sumqayıt” - 1:1

Qollar: Camaləddin Xocaniyazov, 70 - Təmkin Xəlilzadə, 34

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Səbuhi Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi:  Kərim Ağayev
“Bank Respublika Arena”, 16:00

 

“Neftçi” – “Keşlə” - 3:1

Qollar: Namiq Ələsgərov, 6, 64, Ömər Buludov, 19 - Azər Salahlı, 82

Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Nahid Əliyev, Nicat İsmayıllı
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi:  Bəhram Qurbanov
“ASK Arena”, 18:15.

Tarix: 8 Mart [20:10]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Aprel 2021
19  Aprel 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio