Meza Kolli "Keşlə"dən ayrıldı

10:55 - 1 İyun 2021

"Keşlə" ilə müqaviləsi başa çatan Sezar Meza Kolli komandadan ayrılıb.

 

Sportal.az xəbər verir ki, paraqvaylı yarımmüdafiəçi bu barədə öz instaqram səhifəsində paylaşım edib.

 

Karyerasında 3 dəfə "Keşlə"də çıxış edən 29 yaşlı futbolçu sonuncu dəfə 2020-ci ildə bu komandaya keçmişdi. Onun "Neftçi"yə keçəcəyi gözlənilir.

Xəbər xətti