Karlo Ançelotti: "Arda gələn mövsüm də "Real"da qalacaq"

14:20 - 27 Aprel 2024

"Real"ın baş məşqçisi Karlo Ançelotti Arda Güler haqda danışıb.

Sportal.az xəbər verir ki, 64 yaşlı mütəxəssis türk yarımmüdafiəçinin növbəti mövsüm komandada qalacağını bildirib:

"Əlbəttə, Arda Güler gələn mövsüm də komandamızda qalacaq. Onun qeyri-adi qabiliyyəti var. Arda gələcək üçün layihəmizin mühüm hissəsidir".

Qeyd edək ki, "Real" Arda güleri mövsümün əvvəlində "Fənərbaxça"dan transfer edib. 19 yaşlı futbolçu Madrid təmsilçisinin heyətində meydana çıxdığı 8 rəsmi matçda 2 qol vurub. Onun "kral klubu" ilə müqaviləsi 2029-cu ilin yayına kimidir.

Xəbər xətti