Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin futbolçusu İrfan Can Kahveci sıradan çıxıb.
28 yaşlı vinger Super Liqanın 35-ci turunun "Konyaspor"la səfər matçında (0:0) ayaq əzələsindən zədə alıb. Türki futbolçu 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki. İrfan Can Kahveci bu mövsüm "Fənərbaxça"nı heyətində meydana çıxdığı 46 rəsmi matçda 18 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.