"Milan" səfərdə uduzdu - VİDEO

11:20 - 19 May 2024

İtaliya A Seriyasında 37-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, "Milan" səfərdə "Torino"nun qonağı olub. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 53-ə yüksəldən "Torino" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. 74 xalı olan "Milan" isə 2-ci yerdədir.

"Torino" - "Milan" 3:1

Qollar: Duvan Zapata, 26, İvan İliç, 40, Rikardo Rodriqes, 46 - İsmael Bennaser, 55 (pen)

Xəbər xətti