Premyer Liqada baş məşqçi istefası

11:34 - 19 May 2024

"Brayton"un baş məşqçisi Roberto De Zerbi gələcəyi ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, italyan mütəxəssis mövsümün sonunda postunu tərk edəcək. Bu barədə məşqçi özü məlumat verib.

2026-cı ilin yayına kimi klubla müqaviləsi olan De Zerbi bu gün "Mançester Yunayted"lə matçdan sonra "Brayton"la vidalaşacaq.

Qeyd edək ki, Roberto De Zerbi 2022-ci ilin sentyabr ayında Premyer Liqa təmsilçisinin baş məşqçisi təyin olunmuşdu.

Xəbər xətti