Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq

23:39 - 18 May 2024

Mayın 19-da Moldovada jurnalistlər arasında minifutbol üzrə Avropa Millətlər Liqası baş tutacaq.

Sportal.az xəbər verir ki, bu turnirdə Azərbaycanın jurnalistlərdən ibarət milli komandası da iştirak edəcək.

Yığmamızın qrupdakı rəqibləri bəlli olub. Belə ki, jurnalistlərimiz Kişinyovda B qrupunda İsrail, Almaniya və Moldova komandaları ilə qarşılaşacaq.

Komandamızın ilk oyunu mayın 19-da Almaniya yığmasına qarşı olacaq.

Xəbər xətti