Bu gün İstanbul derbisi var

10:59 - 19 May 2024

Türkiyə Super Liqasında 37-ci turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün turun mərkəzi görüşü "RAMS Park" stadionunda baş tutacaq. "Qalatasaray" əzəli rəqibi "Fənərbaxça"nı qəbul edəcək. Matç Bakı vaxtilə saat 20:00-da start götürəcək.

İstanbul derbisi öncəsi "Qalatasaray" 99 xalla liderdir. 93 xalı olan "Fənərbaxça" isə 2-ci yerdədir.

"Sarı-qırmızılar" qələbə qazansa və ya qarşılaşma heç-heçə bitsə, çempion olacaq. "Fənərbaxça" qalib gələcəyi təqdirdə isə çempion son turda müəyyənləşəcək.

Xəbər xətti