Samir Abasov yaxşı eləyir, amma düz eləmir - Renduliçə əl verməyib

23:48 - 18 May 2024

"Sabah" - "Sumqayıt" oyunundan sonra qonaqların baş məşqçisi Samir Abasov həmkarına əl verməyib. Bu hal Krunoslav Renduliç üçün gözlənilməz olub. Çünki bir komandanın qalib gəlib və  ya uduzmağından asılı olmayaraq, məşqçilər əl sıxışır, uduzan udanı təbrik edir. 

Samir Abasov ilk dəfə deyil ki, belə edir. "Zirə"də çalışarkən "Qarabağ"a məğlub olandan sonra Qurban Qurbanova əl verməmişdi. Eyni hal Ayxan Abbasova qarşı da yaşanmışdı. Belə görünür ki, bu, Samir Abasov üçün sıradan hadisəyə çevrilib. Əhvalı yaxşı olsa, həmkarına sayğı göstərəcək. Ovqatı təlx olsa, məşqçi həmrəyliyi hərləyən adam deyil. 

"Sabah"ın xorvat məşqçisi necə pərt olubsa, konfrans zalını tərk eləyəndə, jurnalistlərə giley-güzar edib. Məşqçilərin bir-birinə sayğı ilə yanaşmalı olduğunu diqqətə çatdırıb. Renduliçə məsləhətimiz odur ki, boş versin. Baş məşqçisi olmuş Qurban Qurbanova əl verməyən adamdı Samir Abasov. Neçə illərdi biz onu rəndələyə bilməmişiksə, Renduliçin sözüylə çətin dəyişə... 

Həmid

Xəbər xətti