"Bavariya"nın təklifini qəbul etməyən Zidan "Real"ı dəstəkləyəcək

21:11 - 6 May 2024

"Bavariya"nın baş məşqçisi olmaq təklifini qəbul etməyən Zinədin Zidan açıqlama verib.

Sportal.az xəbər verir ki, fransalı mütəxəssis Münhen təmsilçisinin Çempionlar Liqasının yarımfinal mərhələsində rəqibi olan "Real"ı dəstəkləyəcəyini bildirib:

"Bavariya"nın yeni baş məşqçisi mən olmayacam. "Real"a dəstək vermək üçün onların "Bavariya" ilə matçını izləyəcəm. Çox çətin oyun olacaq. Ümid edirəm, "Real" qələbə qazanar və finala yüksələr".

Qeyd edək ki, "Bavariya" ilə "Real" arasında Almaniyada keçirilən ilk oyun 2:2 hesablı bərabərliklə başa çatıb. Cavab görüşü 8 may tarixində Madriddə baş tutacaq.

Xəbər xətti