Rumıniya FCSB klubunun vingeri Aleksandru Baluta karyerasını “Qarabağ”da davam etdirmək imkanından danışıb.
Sportal.az xəbər verir ki, “fanatik.ro” portalına danışan rumıniyalı Ağdam klubuna keçə biləcəyi barədə çıxan xəbərlərə münasibət bildirib:
"Keçən yay “Universitatey Krayova” ilə danışıqları davam etdirdim. Amma xaricdən də təklif gözləyirdim. “Vidzev” mənimlə əlaqə saxladı. Sonra “Qarabağ”dan mesajlar gəldi, amma sonda heç nə alınmadı”.
30 yaşlı vinger 2023-cü il iyul ayından Rumıniya nəhənginin formasını geyinir. O, 2025-ci il iyunun 30-na qədər hazırkı komandasına məxsusdur.Rumıniya millisinin üzvü “Çindiya”, “Vitorul”, “Universitatey Krayova”, “Slaviya”(Praqa), “Slovan”(Liberets), “Puşkaş Akademiya” komandalarında da oynayıb.
saytlarin hazirlanmasi