Premyer Liqa klubu yayda gətirdiyi legioneri saxlamağı planlaşdırır

15:23 - 8 May 2024

"Araz-Naxçıvan" yayda gətirdiyi legionerdən bir neçəsini komandada saxlamaq istəyir.

Sportal.az saytına verilən məlumata görə, Naxçıvan təmsilçisi İqor Ribeyro və Miço Kuzmanoviçin müqavilə müddətini artıracaq.

"Araz-Naxçıvan"a yayda gələn hər iki legioner yayda bu komandaya cəlb olunub. Premyer Liqada çıxış edən digər klublarımızın da maraq dairəsində olan hər iki futbolçuya da hazırkı komandasından təklif gəlib. Belə ki, “Araz” həm İqorla, həm də Miço ilə müqavilə müddətini artırmaq üçün bir illik müqavilə təklif edib.

Xəbər xətti