Adil Şükürov: "Kişi kimi əllərini sıxıb təbrik etdim"

19:18 - 18 May 2024

"Kəpəz" Azərbaycan Premyer Liqasının 35-ci turunda öz meydanında "Zirə"yə 0:1 heszabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Azarkeşlərimizə təşəkkür edirəm. Hesaba baxmayaraq, bizi dəstəkləyirdilər. Futbolçularım sona qədər döyüşdülər. Bu gün biz qazandıq. Qazancımız komandada psixoloji durumun yaxşılaşmasıdır.

- Rəqibin qolundan öncəki epizod barədə fikirləriniz necədir?

- Rəvan Həmzəzadə ən yaxşı hakimlərimizdəndir. Onun həmişə ən yüksəklərdə olmasını istəyirəm. Futbol oynamağa imkan verir. Bəzi hakimlər kimi hər epizodda fit çalmır. Narazılığım oyunun stressindən ola bilər.

- Oyundan sonra Rəşad Sadıqovla aqressiv görüşdünüz. Bunun səbəbi nə idi?

- Hamını təbrik edib meydançadan çıxdım. Elə görüşməyimiz ərkiyanə ola bilər. Kişi kimi əllərini sıxıb təbrik etdim.

Elçin Əlixan

Xəbər xətti