Əlcəzair mediasının iddiası: "Benzia Fransaya qayıtmağa hazırdır"

13:18 - 8 May 2024

Əlcəzair mətbuatı milli komandalarının yayda klublarını dəyişə biləcək futbolçularından yazarkən “Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benziaya da yer ayırıb.

Sportal.az “footafrique.com” saytına istinadən xəbər verir ki, əlcəzairli həmkarlarımız Benzianın yayda “Qarabağ”ı tərk edə biləcəyini yazıb:

"Daha tələbkar və tanınmış çempionata keçmək Yassine Benzianın açıq-aşkar ambisiyasıdır. İllər boyu gəzib-dolaşdıqdan, uğursuz macəralardan və baş barmağının amputasiyası ilə nəticələnən ciddi əl zədəsindən sonra yenidən pik formaya çatan futbolçudur.Hazırda “Qarabağ”la Azərbaycan çempionu olan “Lill”in keçmiş yarımmüdafiəçisi təklifləri nəzərdən keçirir və indi Fransaya, orta səviyyəli kluba və ya Liqa 1-ə yüksəlmiş komandaya qayıtmağa hazırdır"..

29 yaşlı futbolçu 2023-cü il yanvarın 26-da "Qarabağ"a keçib və onun müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. 

Xəbər xətti