4 xalı silinən Premyer Liqa klubunun etirazı rədd edildi

16:57 - 7 May 2024

4 xalı silinən "Nottingem Forest"in verdiyi apellyasiya şikayətinin cavabı məlum olub.

Sportal.az xəbər verir ki, klubun etirazı rədd edilib. Bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb.

"Nottingem Forest"in cəza almasının səbəbi maliyyə qaydalarını pozmasıdır. 2022-ci ildə Premyer Liqaya yüksələn "meşəbəyilər" 43 futbolçu transferi üçün 250 milyon funt-sterlinq xərcəlib. Klubun oyunçulara yüksək maaş verməsi də cəzanın səbəblərindən biridir.

4 xalı silinən "Nottingem Forest" hazırda Premyer Liqada 29 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Xəbər xətti