Tomas Tuxel: "Madriddə qələbə qazanacağıq"

20:36 - 7 May 2024

"Bavariya" Çempionlar Liqası yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində səfərdə "Real"ın qonağı olacaq.

Sportal.az xəbər verir ki, Münhen təmsilçisinin baş məşqçisi Tomas Tuxel matçdan öncə açıqlama verib. Alman mütəxəssis iddialı danışıb:

"Vəziyyət konkretdir, Madriddə qələbə qazanacağıq və "Uembli"dəki finala gedəcəyik. Nələr olacağını sabah görəcəyik".

Qeyd edək ki, "Real" - "Bavariya" qarşılaşması sabah saat 23:00-da baş tutacaq. Komandalar arasında Almaniyada keçirilmiş ilk oyun 2:2 hesablı bərabərliklə yekunlaşıb.

Xəbər xətti