Musa Qurbanlı U-21 komandasının heyətində qol vurdu

12:20 - 7 May 2024

Musa Qurbanlı "Yurqorden"in U-21 komandasının heyətində növbəti oyununu keçirib.

Sportal.az xəbər verir ki, 22 yaşlı hücumçu Elit Liqa Kubokunun "Deqerfors"l matçında iştirak edib. Qarşılaşma "Yurqorden"in 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Millimizin üzvü bu görüşdə komandasının ilk qolunu vurub.

Qeyd edək ki, Musa Qurbanlı bu mövsüm "Yurqorden"in əsas komandasının heyətində 2 rəsmi matçda iştirak edib.

Xəbər xətti