Çempionlar Liqası: İkinci finalçı Madriddə müəyyənləşəcək

10:17 - 8 May 2024

Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçının adına aydınlıq gələcək. 

Sportal.az xəbər verir ki, Madriddə baş tutacaq görüşdə "Real" "Bavariya" ilə qarşılaşacaq. 

Komandalar arasında ilk görüş 2:2 hesabı ilə yekunlaşmışdı.

Çempionlar Liqasının qalibinin adına iyunun 1-də "Uembli"də keçiriləcək görüşdə aydınlıq gətiriləcək. 

UEFA Çempionlar Liqası
Yarımfinal, cavab oyunu

23:00 "Real" (İspaniya) - "Bavariya" (Almaniya)
Baş hakim: Şimon Marçinyak (Polşa)
"Santyaqo Bernabeu" stadionu.
İlk matç - 2:2.

Xəbər xətti