"Qalatasaray" ulduz futbolçunun transferini bitirdi

19:59 - 8 May 2024

"Qalatasaray" "Çelsi"dən icarəyə götürdüyü Hakim Ziyeşlə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi mərakeşli vingerin satınalma bəndindən yararlanıb. Bu barədə Fabritsio Romano məlumat yayıb.

Türkiyə klubu 30 yaşlı futbolçu üçün "Çelsi"yə təzminat ödəməyəcək.

Qeyd edək ki, Hakim Mövsümün əvvəlində "Qalatasaray"a keçib. Mərakeş millisinin üzvü Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti