"Turan Tovuz" "Neftçi" ilə oyuna ciddi itkilərlə çıxacaq

18:22 - 27 Aprel 2024

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 32-ci turunda səfərdə "Neftçi"nin qonağı olacaq.

Sportal.az saytına verilən məlumata görə, qərb bölgəsi təmsilçisi görüşə ciddi itkilərlə çıxacaq.

Tovuzluların müdafiəçisi Roderik Miller zədəlidir. Yarımmüdafiəçi Fərid Yusiflinin oynayıb-oynamayacağı matç günü bəlli olacaq. Ayxan Quseynovla Denis Marandiçi isə cəzalı durumdadır. Hər iki futbolçu 4-cü sarı vərəqə aldığı üçün oyunu buraxacaq.

Qeyd edək ki, "Neftçi" - "Turan Tovuz" qarşılaşması sabah saat 17:45-də "Neftçi Arena"da baş tutacaq.

Xəbər xətti