22 yaşlı hücumçu ən yaxşı seçildi

17:59 - 9 May 2024

"Çelsi"də 2023/2024 mövsümünün ən yaxşı oyunçusu məlum olub.

Sportal.az xəbər verir ki, London təmsilçisində Koul Palmer ən yaxşı seçilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı hücumçu azarkeşlər arasında keçirilən sorğunun nəticələri əsasında qalib olub.

Qeyd edək ki, Koul Palmer bu mövsüm "Çelsi"nin heyətində meydana çıxdığı 45 rəsmi matçda 26 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti