"Real"ın futbolçusu Çempionlar Liqasının finalında oynamayacaq

12:54 - 20 May 2024

"Real"ın heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin yarımmüdafiəçisi Orelyen Tçuameni sıradan çıxıb. Bu barədə "Marca" nəşri məlumat yayıb.

Fransalı futbolçu Çempionlar Liqasının "Borussiya" ilə matçında iştirak etməyəcək. 24 yaşlı orta xətt oyunçusunun Avro-2024-ə kimi zədəsini sağaldacağı gözlənilir.

Qeyd edək ki, "Borussiya" - "Real" matçı 1 iyun tarixində Bakı vaxtilə saat 23:00-da baş tutacaq.

Xəbər xətti