Səfərdə 50-ci böyükhesablı qələbə

09:38 - 20 May 2024

Neftçi” Azərbaycan çempionatlarında səfərdə 50-ci böyükhesablı qələbəsini qazanıb.

Sportal.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının XXXV turuna təsadüf edib. “Ağ-qaralar” “Səbail”lə Bakı derbisində üç cavabsız qolla qalib gəlib.

“Neftçi” ilk belə qələbəsini 1992-ci ildə qazanıb. Paytaxt təmsilçisi mayın 31-də “Çıraqqala” ilə səfər qarşılaşmasında 4:0 hesabına sevinib.

Ölkə çempionatları tarixində yalnız “Qarabağ” rəqib meydanında daha çox böyük hesabla qalib gəlib. Ağdamlıların 52 belə qələbəsi var.

Xəbər xətti