"Sabah" Azərbaycan çempionu oldu

14:07 - 20 May 2024

U-17 Qızlar Liqasında mövsümə yekun vurulub.

Sportalaz xəbər verir ki, “Sabah”ın qızlardan ibarət komandası liqanın final oyununda “Neftçi” ilə qarşılaşıb. Binə stadionunda keçirilən matç Mehdi İbrahimovun baş məşqçisi olduğu komandanın böyük hesablı qələbəsi ilə nəticələnib (11:0).

Görüşdə qollara Xanım Əsədova (6), Mədinə Curuqova (2), Tərgül Qəniyeva (2) və Aysu Əsədova imza atıblar.   

Liqanın bombardiri "Sabah"ın hücumçusu Xanım Əsədova (67 qol) olub.

Xəbər xətti