"Qarabağ"ın daha 4 potensial rəqibi müəyyənləşdi

13:15 - 20 May 2024

“Qarabağ”ın 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki daha 4 potensial rəqibi müəyyənləşib.

Sportal.az saytı xəbər verir ki, Ağdam təmsilçisi “Dinamo” (Batumi, Gürcüstan), “Struqa” (Şimali Makedoniya), “Differdanj” (Lüksembuq) və “Deçiç”lə (Monteneqro) qarşılaşa bilər.

Daha əvvəl Litvanın “Panevejis”, Qazaxıstanın “Ordabasi”, İslandiyanın “Vikinqur”, San Marinonun “Virtus”, Belarusun “Dinamo” (Minsk), Sloveniyanın “Selye”, Maltanın “Hamrun”, Şimali İrlandiyanın “Larne” və Andorranın “UE Santa Koloma” klublarının təmsilçimizin mümkün rəqibləri sırasında yer alacaqları dəqiqləşmişdi.

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.

Xəbər xətti