Azərbaycan Premyer Liqasında 27 ilin rekordu

10:12 - 20 May 2024

Qarabağ” Misli Premyer Liqasının XXXV turunda “Turan Tovuz”u 4:3 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri bununla da mövsümdəki qol sayını 95-ə çatdırıb.

Klub tarixinin mütləq rekorduna imza atan Ağdam təmsilçisi ölkə çempionatlarının son 27 ilinin ən yüksək göstəricisinə nail olub. 1997-ci ildən sonra heç bir komanda mövsümdə bu qədər qola sevinməyib. Sonuncu dəfə daha yüksək məhsuldarlığa 1996/97 mövsümündə 98 qol vuran “Neftçi” imza atıb.

Ümumilikdə isə “Qarabağ” yarışın tarixində 4-cü nəticəyə imza atıb. 27 il əvvəlki göstəricidən başqa, “Neftçi” (104) və Sumqayıt “Xəzər”i (100) 1992-ci ildə daha çox qol vurub.

Xəbər xətti