"Qalatasaray" Almaniyadan futbolçu gətirir

13:57 - 9 May 2024

"Qalatasaray" yayda yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Stuttqart"da çıxış edən Atakan Karazoru transfer etmək istəyir. Bu barədə yerli mətbuat məlumat yayıb.

"Qalatasaray" türk futbolçuya illik 2 milyon avro maaş təklif edib. Almaniya klubu 27 yaşlı dayaq yarımmüdafiəçisi üçün 10 milyon avro tələb edir. Klublar arasında danışıqlar davam edir.

Qeyd edək ki, Atakan Karazor bu mövsüm "Stuttqart"ın heyətində meydana çıxdığı 35 rəsmi matçda 3 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti