Mahir Emreli zədədən sonra ilk oyuna çıxdı

11:56 - 19 May 2024

Futbol üzrə Xorvatiya çempionatında 35-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Mahir Emrelinin formasını geyindiyi "Dinamo" səfərdə "Slaven"in qonağı olub. Qarşılaşma Zaqreb təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Mahir də bu görüşün iştirakçısı olub. Uzunmüddətli zədədən qayıdan 26 yaşlı hücumçu 46-cı dəqiqədə meydana daxil olub.

Xallarını 81-ə yüksəkdən "Dinamo" çempionatın lideridir.

Xəbər xətti