Konfrans Liqası: "Olimpiakos" "Fiorentina" ilə qarşılaşacaq

01:03 - 10 May 2024

Konfrans Liqasında yarımfinal mərhələsinin cavab matçları keçirilib.

Sportal.az xəbər verir ki, “Aston Villa” “Olimpiakos”un qonağı olub. Pirey təmsilçisi rəqibini bu dəfə də məğlub edib. 

Yunanıstan klubu "Brügge"ni mübarizədən kənarlaşdıran "Fiorentina" ilə üz-üzə gələcək. 

Final görüşü mayın 29-da Yunanıstanın paytaxtı Afinada keçiriləcək.

"Olimpiakos" (Yunanıstan) - "Aston Villa" (İngiltərə) - 2:0
Qollar: Ayub el-Kaabi, 10; 79
İlk oyun - 4:2

"Brügge" (Belçika) - "Fiorentina" (İtaliya) - 1:1
İlk oyun - 2:3

Xəbər xətti