"Qəbələ" futbolçular seçəcək

18:48 - 20 May 2024

“Qəbələ” Futbol Akademiyası aşağı yaş qruplarına yay seçimləri elan edir.

Sportal.az xəbər verir ki, seçimlər Qəbələ şəhər stadionunda iyunun 2-də 2009-13-cü il təvəllüdlü futbolçular arasında keçiriləcək. 

Seçimlərdə iştirak etmək istəyən futbolçular qeydiyyatdan keçmək üçün aşağıda göstərilən nömrə ilə əlaqə saxlamalıdırlar.

Tel: 050 290 00 63

Seçim tarixi: 

2 iyun – 2009, 2010, 2011, 2012, 2013-cü il təvəllüdlü futbolçular 

Seçimlər saat 11:00-da Qəbələ Şəhər Stadionunda başlayacaq.

Qeyd edək ki, ilkin seçim mərhələsində göstərilən təvəllüdlərə uyğun istənilən şəxs iştirak edə bilər.

Xəbər xətti