"Sabah" Azərbaycan Premyer Liqasının 35-ci turunda doğma meydanda "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Krunoslav Renduliç matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Futbolçularımı təbrik edirəm. Bu gün fantastik oyun oynadılar. Qələbəyə layiq idik. Təzyiq altında oynamaq asan deyildi. Məqsədimiz mövsümü 2-ci yerdə bitirməkdir.
- Avrokuboklara gedə bilməsəz, "Qəbələ"yə məğlubiyyətə görə futbolçuları günahlandıracaqsız?
- Fikrinizə hörmət edirəm. Bir şeyi də nəzərə alaq ki, bu komanda iki ay əvvəl 8-ci yerdə idi. Son 6 oyunda 5 qələbə qazanmışıq. 2-3-cü olmaq üçün yetərincə şansımız var. Hər şey özünüzdən asılıdır. Qələbə qazansaq, avrokuboklara gedəcəyik.
- Hər iki hissənin əvvəlində "Sumqayıt" üstün görünürdü. Bunun səbəbi nədir?
- Sizinlə razı deyiləm. Bütün oyunu yaxşı keçirdik. Rəqibə yaxşı təzyiq etdik. Onların bir dəfə kornerdən qol fürsətləri oldu.
- İkinci olmağınız üçün "Neftçi"ni udmalı və "Zirə"nin xal itirməsini gözləməlisiz. "Səbail"ə güvənirsiz?
- Niyə də yox?! Favorit komandaların xal itirdiyini çox görmüşük. "Neftçi" ilə matç çox ağır olacaq. Onlar da qalib gələ bilərlər.
saytlarin hazirlanmasi