Hidayət Heydərov dünya çempionatının finalına yüksəldi

16:20 - 20 May 2024

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə dünya çempionatı davam edir.

Sportal.az xəbər verir ki, çempionatın ikinci günündə Azərbaycanın dörd idmançısı tatami üzərinə çıxıb.

Hidayət Heydərov (73 kq) Akila Qyakova (Kosovo), daha sonra isə Salvador Roçaya (İspaniya) qalib gəlib. O, 1/4 finalda Daniel Karqnini (Braziliya) üstələyərək yarımfinala yüksəlib və burada İqor Vantkeyə (Almaniya) qalib gəlib. Finalda Heydərov Tatsuki İşihara (Yaponiya) ilə qarşılaşacaq.

Açeliya Toprak (57) startda Bakit Kussakbayevaya (Qazaxıstan), ardınca Thelma Monteyroya (Portuqaliya) qalib gəlsə də, 1/8 finalda Mimi Huha (Koreya) məğlub olub.

Yaşar Nəcəfov (66) startda Baul Anuya (Koreya), Kamran Süleymanov (66) isə Mohamed Abdelmavquda (Misir) məğlub olub.

Xəbər xətti