Almaniyada mövsümün ən yaxşısı açıqlandı

17:08 - 20 May 2024

Almaniya Bundesliqasında 2023/2024 mövsümünün ən yaxşı oyunçusu müəyyənləşib.

Sportal.az xəbər verir ki, məğlubiyyətsiz çempion olan "Bayer"in yarımmüdafiəçisi Florian Virts başa çatan mövsümün ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Almaniya millisinin üzvü olan Florian Virts bu mövsüm ölkə çempionatında meydana çıxdığı 32 matçda 11 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti