Millimizin Qızıl Avropa Liqası üçün yekun heyəti açıqlandı

12:15 - 9 May 2024

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Qızıl Avropa Liqası üçün yekun heyəti bəlli olub.

Sportal.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, siyahıda 14 oyunçu yer alıb.

Hücumçular: Marqarita Stepanenko, Anastasiya Baydyuk, Nikalina Başnakova, Ülkər Kərimova, İlhamə Əzimova

Blokçular: Aynur İmanova, Mariya Kirilyuk, Anastasiya Mertsalova

Toppaylayıcılar: Yana Doroşenko, Raziyə Əliyeva, Marianna Abuyeva

Liberolar: Yuliya Kərimova, Ceyran İmanova, Sənubər Ələskərova

Baş məşqçi: Faiq Qarayev

Qeyd edək ki, yığma mübarizəyə mayın 17-də start verəcək. 17-19 may tarixlərində Xorvatiyada keçiriləcək ilk turda millimizin rəqibləri meydan sahibləri və Slovakiya yığması olacaq. Mayın 24-dən 26-dək Rumıniyada keçiriləcək ikinci turda isə komandamız meydan sahibi ilə yanaşı, İsveç yığması ilə üz-üzə gələcək. Üçüncü tur 31 may-2 iyun tarixlərində Azərbaycanda baş tutacaq. Doğma meydanda rəqiblərimiz Estoniya və Avstriya yığmalarıdır.

Xəbər xətti