"Forza Neftçi" "Neftçi"nin müraciətinə cavab verdi

11:34 - 28 Aprel 2024

"Neftçi" klubunun azarkeşlərə səslənməsi barədə xəbər vermişdik.

Sportal.az xəbər verir ki, uğursuz nəticələrdən sonra oyunları boykot edən "Forza Neftçi" azarkeş qrupu klubun müraciətinə cavab ünvanlayıb. Belə ki, "ağ-qaralar"ın əsas fanat qrupu kimi tanına "Forza Neftçi" Premyer Liqanın 5 turunda komandaya dəstək verəcəklərini açıqlayıb:

"Klub tərəfindən edilmiş çağırışa “Neftçi” adını nəzərə alaraq cavab verir, eləcə də keçdiyimiz günlər ərzində Müşahidə Şurası ilə təşkil olunmuş görüş zamanı klubun vəziyyəti, bundan əvvəl olanlar və qarşıdakı hədəflər haqqında müzakirələr apardığımızı bildirərək mövqeyimizi açıqlayırıq.

Klubun dirçəlməsi və layiq olduğu yerlərə qayıtması məqsədi ilə növbəti 5 oyunun vacibliyini qeyd edib, son zamanlar baş verənlərin və "flaqman"ın adına layiq olmayan hadisələrin təkrarlanmayacağına ümid edirik. Hər zaman arxasında durduğumuz komandanın bu çətin 5 oyunluq periodunda yanında olacağımızı bildiririk.

Biz - azarkeşlər yenə də öz üzərimizə düşəni edəcəyik. Sizlər də atacağınız hər addımın azarkeşlər tərəfindən dəqiqliklə izlənəcəyini bilməli və prioritetinizin “Neftçi” adının yüksəklərdə saxlanmalı olduğunu sübut etməlisiniz".

Qeyd edək ki, "Neftçi" 31 turdan sonra 47 xalla 5-ci pillədədir.

Xəbər xətti