"Real" ÇL-i qazanarsa, "Borussiya" 5 milyon avro qazanacaq

14:49 - 10 May 2024

"Real" Çempionlar Liqasının finalında qalib gələrsə, "Borussiya"ya pul ödəməli olacaq.

Sportal.az “Bild”ə istinadən xəbər verir ki, buna səbəb isə Madrid təmsilçisinin futbolçusu Cud Bellinqemdir.

Əvvəlcədən razılaşmaya əsasən, "Real"ı kubok qazanacağı təqdirdə, Bellinqem faktoruna görə "Borussiya"ya 5 milyon avro ödəməlidir.

Müqavilə isə ümumilikdə 30,9 milyon avro məbləğində bonus nəzərdə tutulub.

Xatırladaq ki, iyunun 1-də baş tutacaq Çempionlar Liqasının finalında “Real” “Borussiya” ilə qarşılaşacaq. Oyun Londondakı Uembli stadionunda keçiriləcək. 20 yaşlı yarımmüdafiəçi ötən yay "Borussiya"dan "Real"a transfer edilmişdi. Bu mövsüm Bellinqem bütün yarışlarda 39 matçda iştirak edib, 22 qol vurub, 10 məhsuldar ötürmə edib.

Xəbər xətti