"Beşiktaş" Fransa klubunun hücumçusunu transfer etmək istəyir

21:27 - 9 May 2024

"Beşiktaş" yayda hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Renn"də çıxış edən Bertuğ Yıldırımı heyətinə cəlb etmək istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

"Beşiktaş" 21 yaşlı forvardı icarəyə götürmək üçün Fransa klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Renn" Bertuğ Yıldırımı 2023-cü ilin yayında "Hatayspor"dan transfer edib. Türkiyə millisinin üzvü Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti