"Mançester Yunayted"in qapıçısı Andre Onana komandadan ayrıla bilər.
Sportal.az xəbər verir ki, kamerunlu qolkiperin performansı klubu qane etmir.
"Qırmızı şeytanlar" Onanaya əvəzləyici tapıb. Premyer Liqa klubu "Real Sosyedad"da çıxış edən Aleks Remironu transfer etmək istəyir. Bu barədə "Marca" nəşri məlumat yayıb.
İspan qapıçının sərbəst qalma məbləği 60 milyon avrodur. "Mançester Yunayted" rəsmiləri bu məbləği aşağı salmağa çalışır.
Qeyd edək ki, "Real Sosyedad" Aleks Remironu 2019-cu ilin yayında "Atletik"dən transfer edib. 29 yaşlı "əlcək sahibi" bu mövsüm komandanın heyətində meydana çıxdığı 45 rəsmi matçda qapısında 40 qol görüb.
saytlarin hazirlanmasi