"Əl-Nasr" daha bir tanınmış futbolçunu gətirir 

17:34 - 10 May 2024

"Əl-Nəsr" "Mançester Yunayted"in yarımmüdafiəçisi Kazemironu transfer etmək istəyir.

Sportal.az “Caught Offside” portalına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu 32 yaşlı futbolçunun nümayəndələri ilə danışıqlar aparıb.

Ərəblər braziliyalı üçün 40 milyon avro ödəməyə, həmçinin 3 illik müqavilə təklif etməyə hazırdır.

Hazırda braziliyalı futbolçunun gələcəyi ilə bağlı qərar vermədiyi vurğulanır.

Xatırladaq ki, Kazemironun “Mançester Yunayted”lə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. 

32 yaşlı futbolçu "Sao Paolo", "Real", "Porto", "Mançester Yunayted" komandalarında oynayıb. Hazırda “Əl-Nəsr”də Kristiano Ronaldo, Sadio Mane, Aleks Telles, David Ospina, Aymerik Laporte, Marselo Brozoviç və Talişka kimi tanınmış futbolçular oynayır.

Xəbər xətti