"Real"ın futbolçusu komandasını tərk edir

20:28 - 20 May 2024

"Real"ın Dani Sebalyos komandasını dəyişir.

Sportal.az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, Madrid klubunun üzvü "Betis"ə keçməyə hazırlaşır. 

Əndəlusiya təmsilçisinin rəhbərliyi artıq Sebalyos üçün "Real"la danışıqlara start verib. "Betis"in onun üçün "10 milyon avro ödəyəcəyi iddia edilir.

Dani İspaniya Primerosunda bu mövsümdə 19 matça çıxıb, 2 asist edib. 

Xəbər xətti