İtaliyada legioner həyatı yaşayan yeganə azərbaycanlıya bu klublar maraq göstərir

15:18 - 10 May 2024

İtaliyada legioner həyatı yaşayan yeganə azərbaycanlı futbolçu Raul Yaqubzadə yeni mövsümlə bağlı karyerasında dəyişiklik edə bilər.

Sportal.az saytına verilən məlumata görə, həmyerlimizə İtaliya, San-Marino və Kipr klublarından təkliflər gəlib. 

Əldə etdiyimiz məlumata görə, 20 yaşlı hücumçunun daha yuxarı liqada oynamaq üçün Kipr və San-Marino klublarından birinə üstünlük verə bilər. Amma ona İtaliya D seriyasında yarışan klublardan birinə keçmək ehtimalı da az deyil. San-Marino klublarından avrokuboklarda çıxış edəcək "La Fiorita", Kiprdən isə "Karmiotissa" komandalarda çıxış etmək variantını götür-qoy edəcək.

Hazırda D seriyasında yarışan “İmoleze”yə məxsus olan Yaqubzadə ötən ilin dekabr ayından elə həmin liqada mübarizə aparan “Nuova Florida”da icarə əsasında çıxış edib. O, yayda məxsus olduğu komandaya qayıdacaq. Lakin futbolçunun “İmoleze” ilə müqaviləsi da iyunun 30-da bitəcək.

Xəbər xətti