"Barselona" Qətərdən futbolçu transfer etmək istəyir

18:42 - 26 Aprel 2024

Qətərin "Əl-Ərəbi" klubunda çıxış edən Marko Verratti yenidən Avropaya qayıda bilər.

Sportal.az xəbər verir ki, "Barselona" italiyalı yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.

Avropaya qayıtmaq istəyən 31 yaşlı futbolçu "Barselona"nın təklifinə isti yanaşır.

Qeyd edək ki, Marko Verratti 2023-cü ilin yayında PSJ-dən "Əl-Ərəbi"yə keçib. İtaliya millisinin üzvü Qətər təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 7 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti