"Neftçi"dən səfər matçlarında antirekord

11:53 - 6 May 2024

"Neftçi" Misli Premyer Liqasının 2023/2024 mövsümündə səfər oyunlarında 23 qol buraxıb.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, bu rəqəm XXXIII turun “Qarabağ”la matçından sonra belə yüksək həddə çatıb.

Bakı klubu rəqib meydanlarında keçirdiyi 17-ci görüşdə antiekordunu təkrarlayıb.

“Neftçi”nin ölkə çempionatları tarixində bir mövsümdə ən çox səfər qolu buraxması 2013/14 mövsümündə qeydə alınmışdı. Həmin vaxt paytaxt klubu indiki kimi 23 top buraxıb. Həmin göstərici 10 ildən sonra təkrarlanıb.

Xəbər xətti